2021-03-30

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu ilə görüşünə dair məlumatı

2021-ci ilin 29 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində Türkiyəli həmkarı cənab Mevlüt Çavuşoğlu arasında görüş baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.  

Arxiv üzrə axtarış