Səfirin ön sözü

Hörmətli oxucular,  

Azərbaycan Respublikasının Səfirliyinin internet səhifəsində salamlağımıza şadıq.

Azərbaycan qədim tarix, coğrafiya, güclü iqtisadiyyat və zəngin mədəniyyət diyarıdır.

Səhifəmizdə Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni hadisələrə və Azərbaycan–Qazaxıstan münasibətlərinin vəziyyətinə dair aktual məlumatları, eləcə də çoxlu sayda informasiya mənbələrinə keçidləri  əldə edə bilərsiniz.

Azərbaycan təkcə neft-qaz sektorunda deyil, həmçinin bir çox ölkələrin maraq göstərdiyi və sərmayələr üçün əlverişli sahələr olan qeyri-neft sektorunda: kənd təsərrüfatı, yüngül sənaye, turizm, kimya sənayesi, metallurgiya, alüminium sənayesi, maşınqayırma və s. üzrə böyük potensial və imkanlara malikdir. 

Azərbaycan və qazax xalqları arasında tarixi qardaşlıq və dostluq əlaqələrinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Müstəqillik illəri ərzində hər iki dövlətin rəhbərlərinin fəaliyyəti nəticəsində ölkələrimiz bir-birinə daha da yaxınlaşmışdır.

Səfirlik olaraq bizim vəzifəmiz bu dostluq və qardaşlıq ənənələrini davam etdirmək, münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdir.

Ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsi naminə internet səhifəmizin təkmilləşdirilməsi işində Sizlərin də təkliflərinizə sevinərdik.

Hörmətlə,

Səfir

Ağalar Atamoğlanov

Arxiv üzrə axtarış