2018-09-21

Qazaxıstanın Almatı şəhərində Qazaxıstan-Azərbaycan turizm forumu keçirililb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə Almatı şəhər Akimatlığının təşkilatçılığı və “Rayda Travel” turizm şirkətinin təşkilati dəstəyi ilə baş tutan forumda Qazaxıstranın Turizm Assosiasiyasının prezidenti Raşida Şaykenova turizm sahəsində beynəlxalq əməkdaşlıq, yeni tendensiyalar və bu sahə üçün kadrların hazırlanması məsələlərindən danışıb. Assosiasiya rəhbəri Qazaxıstanın turizm potensialı haqqında geniş məlumat verib. Vurğulayıb ki, son illər Qazaxıstana getdikcə turist marağı artır və bu, bütün dünyada turist marşrutlarına əhəmiyyətli dərəcədə artan diqqətlə əlaqədardır.  Natiq ildən-ilə sözügedən spektrdə turizm xidmətlərinin çeşidlərindən ətraflı bəhs edib. Azərbaycanın bu sahədəki təcrübəsi və böyük potensialından məlumatlı olduğu xüsusi vurğulanıb. Əsasən daxili turizmin inkişaf etdiyi deyilən forumda Qazaxıstana daha çox turizmin cəlb edilməsinin vacibliyi qeyd olunub. Bu baxımdan Azərbaycanın ixtisaslaşmış şirkətlərinə  ölkənin turindustriyanın daha geniş nümayişi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan tərəfdən çıxış edən Turizm Bürosunun direktor müavini Sevda Əliyeva turim sahəsində ikitərəfli əməkdaşlığın inkişafının vacibliyindən danışıb. Vurğulanıb ki, Azərbaycanın truzim sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində son illlər xidmət səviyyəsinin artması, turoperatorların yeni və cəlbedici marşrutlar təqdim etməsi, kurortların və otellərin sayı ölkəmizə xarici turistlərin diqqətini cəlb edib. Statistikaya görə, ildən-ilə daxili turizmlə yanaşı, xaricdən gələn tursitlərin də sayında artım müşahidə olunur. Forumda hər iki ölkənin turizm agentlikləri müxtəlif regionlara turpaketləri təqdim ediblər. “Rayda” Turizm Kompaniyasının direktoru Adil Əliyev ölkəmizin turizm potensialının müxtəlif seqmentlərdə Qazaxıstan bazarında təbliğ və təşviq edilməsinin vacibliyini qeyd edib və bu baxımdan belə forumların və digər layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Forumun əsas konsepsiyasından biri də turizmin təşkilinin müxtəlif aspektlərinə aid məsələlərin müzakirəsidir. Forum plenar iclaslarda öz işini davam etdirib. Azərbaycanın tur agentlikləri müxtəlif turmaşrutlar haqqında, müalicə turizmi, istirahət və digər turizm xətləri barədə Qazaxıstan tərəfə geniş məlumat veriblər. Qalaaltı, Naftalan, Şahdağ və digər yerlər haqqında təqdimatlar forumda maraqla qarşılanıb. Forumun nəticəsi olaraq şirkətlər arasında memorandum imzalanıb.

Arxiv üzrə axtarış