Xəzərin hüquqi statusu Astanada müzakirə edilir
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Xarici İşlər Nazirliyindən
İclas zamanı Konvensiya layihəsi ilə bərabər, Xəzəryanı dövlətlərin dövlət başçılarının 5-ci zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.