2017-07-11

Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, araşdıma mərkəzləri, qeyri-hökümət qurumları, Azərbaycan diasporu bəyanat yayıb

Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq  təşkilatlar, araşdıma mərkəzləri, qeyri-hökümət qurumları, Azərbaycan diasporu İyul ayının 4-də Füzuli rayonun Alxanlı kəndinin sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı bəyanatla çıxış ediblər. Daha ətraflı Azərbaycan Televiziyasının Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri Fadil Paşayevin materialında

Dünya Axısqa Türkləri İctimai Birliyi, uyğurların “Turan dünyası” Beynəlxalq Fondu, “Xəzər”  İctimai Birliyi, eləcə də “Ozan” Təşkilatı öz bəyanatlarında vurğulayıblar ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı qəbuledilməzdir. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsinə göz yummaq ədalətsizlikdir.  Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında isə bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqn hüquqlarına ziddir. Qazaxıstanda akkreditasiya olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” “UNİSEF”  Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə  ünvanlanmış bəyanatda deyilir ki,  baş vermiş qətl hadisəsinin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bəyanatda  erməni silahlı qüvvələrinin bütün cinayətkar əməlləri pislənilir, mülki əhalinin hədəfə çevrilməsinə son qoyulması və bu kimi hallara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunur. Qeyri-hökumət təşkilatları verilən bəyanatla birb daha məlumatlandırılıb ki, Ermənistan Minsk prosesində destruktiv mövqeyindən geri çəkilmir. Qazaxıstann mətbuatı da proseslərə seyrçi qalmadı. Kazinform İnformasiya agentliyində Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh proresinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir. Beynəlxalq türk Akademiyasının bəyanatında isə deyilir: “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”

 

Arxiv üzrə axtarış