2017-06-13

ASTANADA “TRANSXƏZƏR BEYNƏLXALQ NƏQLİYYAT MARŞRUTU” BEYNƏLXALQ ASSOSİASİYASININ İCLASI KEÇİRİLİB

İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına  Polşa yeni üzv qəbul olunub. 

Tədbir  “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda nəqliyyat infrastrukturunun inkişafı, keyfiyyətinin və rəqabətqabiliyyətini artırılması” mövzusunda keçirilir. Toplantıda işçi qrupuna üzv ölkələrin Azərbaycan, Türkiyə, Qazaxıstan, Rumıniya, Çin, Polşa, Litva və Ukrayna dəniz və dəmiryolu nəqliyyatı qurumları, dəniz limanlarının rəhbərləri qatılıb. Azərbaycandan toplantıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov  və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. “Qazaxıstan  Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədri Kanat Alpısbayev bildirib ki, bu günki danışıqların da müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək: “Bu gün “Yeni İpək yolu”  koordinasiya iclasında TBNM  vasitəsilə yükdaşımaların həcminin artırılması və bu marşrutun rəqabətqabiliyyətliyinin təmin edilməsi üçün fəaliyyətimizi davam etdiririk.  Bugünkü iclasda bir sıra məsələləri müzakirə etdik, danışıqlar pozitiv məcrada kecdi, müzakirələrin davamı iyunun 28-30-da Çində, sentyabr ayında isə İstanbul şəhərində müzakirələr davam etdiriləcək.”

Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili, Yeni İpək yolunun loqistik habının inkişafı, Xəzər dəznizi ilə daşımalarının yeni imkanları və perspektivləri və s. əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılıb.İclasda Gürcüstan rəsmisi Azərbaycan, Gürcüstan, Ukrayna və İranın Fars körfəzindən Qara dənizə nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və bunula bağlı vahid tarifin müəyyənləşdirilməsinin təklif edib.Müzakirələrin yekununda protokol imzalanıb.

 

Arxiv üzrə axtarış