2017-03-03

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya naziri Dauren Abayevlə görüşüb

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya naziri Dauren Abayevlə  görüşüb. Görüş zamanı nazir vaxtı ilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığını vaxtları yada salaraq indi Azərbaycanın Qazaxıstandakı səfirini qəbul etməkdən məmnunluğunu ifadə etdi. Həmçinin  Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Görüş zamanı ölkələrimiz arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.  Görüşdə həmçinin dövlət idarəetməsində informasiya və kommunikasiya sahəsindəkı innovasiyalarının tətbiq edilməsi sahəsində müasir çağırışlara cavab verilməsi ilə bağlı  ölkələrimizdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.  “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə uyğun olaraq hər iki ölkədə əhalinin istifadəsinə verilən elektron hökumət portallarının əhəmiyyəti qeyd edilib. Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, onların avtomatlaşdırılmış  interaktiv xidmətlər şəklində həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının faydalı olacağı vurğulanıb. Qazaxıstan və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmanın tətbiq edilməsi sahəsində regionda öncül ölkələrdən olması qeyd edilib və  “ASAN xidmət” modeli ilə bağlı qarşı tərəfə məlumat verilıb.

Həmçinin cari ildə “Bakı Formula 1”, “İslam Həmrəyliyi oyunları” və “Astana Expo-2017” beynəlxalq sərgisinin hər iki ölkənin KİV-lərində təşviq edilməsi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.Sonda nazir hər il ölkəmizdə keçirilən “Bakutel” sərgisinə dəvət olunub.

Arxiv üzrə axtarış