2016-11-13

Qazaxıstanın dövlət qəzeti, çoxtirajlı “Egemen Qazaxıstan” qəzetində Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunan “Xoş niyyət sərhəd tanımır” məqaləsi işıq üzü görüb.

Məqalədə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin bütün istiqamətləri ətraflı təhlil edilib.

VİDEO: Məqalə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Heydər Əliyev Fondunun xatirə kitabındakı qeydləri ilə başlayıb: "Heydər Əliyevin xatirəsi xalqın qəlbində daim yaşayacaq. O, bütün həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr etdi və ölməzlik qazandı". Qazaxıstan oxucularının diqqətinə çatdırılır ki, hələ Fondun fəaliyyətə başlamasının cəmi 1 ili tamam olduğu zaman, 2005-ci il mayında Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunda olub, Fondla tanış olduqdan sonra xatirə kitabına qazax dilində öz ürək sözlərini yazıb. Fondda Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillər, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri və onun haqqında yazılan kitablarla tanış olan Prezident Nursultan Nazarbayev Heydər Əliyevlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə də böyük maraq göstərib. Nursultan Nazarbayev də bu ölkənin azadlıq rəmzi olan abidənin maketini Fondun prezidenti Mehriban xanım Əliyevaya təqdim edib. Məqalədə vurğulanır ki, bütün ömrünü Azərbaycanın möhkəmlənməsi və inkişafına fəda edən Heydər Əliyevin yolu, onun ənənləri indi həm dövlətin siyasi kursu kimi ən ali səviyyədə, həm də Heydər Əliyevin adını daşıyan Fond tərəfindən davam etdirilir. 2004-cü ildə əsası qoyulan və 12 ildir uğurla fəaliyyət göstərən Fond ölkənin xaricdə təbliğinə dəstək verərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir. Qazaxıstanın ən çoxtirajlı nəşrində Fondun məqsədləri sadalanır, böyük dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradıldığı önə çəkilir. Fond Azərbaycan cəmiyyətinin mənəvi saflığı və yüksəlişi, milli mədəniyyətin yad təsirlərdən qorunması kimi ali dəyərlərə hesablanan xoşməramlı bir missiyanın daşıyıcısıdır. Yarandığı gündən inkişafa və xalqın rifahına xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına kömək edən Fond, Azərbaycan mədəniyyətinin təbliği və qorunması ilə bağlı işlərə yardımçı olur. Qəzetdə Heydər Əliyev Fondunun xalqın milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməklə yanaşı, Azərbaycanın xaricdə təbliği, mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya, və idman sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirməsi vurğulanır. Fondun fəaliyyəti eyni zamanda xüsusi qayğıya ehtiyac duyan insanlara kömək göstərilməsinə, insanlara xeyirxahlıq, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına, habelə, ölkədə multikulturalizmin dəstəklənməsinə yönəlib”. Oxucuların diqqətinə çatdırlır ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu ölkədə böyük tarixi olan xeyriyyəçilik və maarifçilik ənənələrinin də yenidən dirçəlməsi ilə müşayiət olunub. Bu ideyanın öncülü isə Fondun prezidenti Mehriban Əliyeva olub. Xanım Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut edib ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Qəzetdə Fondun Qazaxıstanın ev sahibliyi edəcəyi “Astana EXPO 2017-Gələcəyin enerjisi” ümumdünya sərgisində  Azərbaycan pavilyonunun yaradılması və nümayişinə dəstək verəcəyi barədə ətraflı məılumat verilib. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, tolerantlıq ənənələri və iqtisadiyyatının nümayişini ehtiva edir. “Astana EXPO-2017”də geniş pavilyonla qatılmaq istəyi Azərbaycanın ölkəmizlə əlaqələrə nə qədər ciddi önəm verdiyini bir daha sübut edir. Məqalə bu fikilərlə yekunlaşıb: “Fond təkcə Azərbaycanda deyil, bölgədə və bütün dünyada dini və etnik tolerantlığın bərqərar olmasına çalışır, vətəndaş cəmiyyəti quruculuğuna dəstək verir və qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət göstərir”. 

Arxiv üzrə axtarış