2016-10-18

Azərbaycan dövlət müstəqilliyi ilə bağlı Qazaxıstanın Atırau şəhərində təntənəli tədbir keçirilib.

Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan tədbir keçirilib. Universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkənin siyasi, iqtisadi uğurlarını qeyd edərək iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.  25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, xüsusən də ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib. Diplomat  Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiyini bildirib. Səfir ölkəmizdə multikultiralizmin Azərbaycan modeli haqqında da iştirakçılara önəmli məlumatlar verib. Qeyd edib ki, məhz prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində ötən müddətdə Azərbaycan beynəlxalq aləmdə mühüm nailiyyətlər əldə edib. Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini deyən Rəşad Məmmədov ölkənin turizm imkanları haqqında da geniş məlumat verib. Eləcə də Azərbaycanla Qazaxıstan arasında mövcud siyasi-iqtisadi əlaqələrin inkişaf templərinə toxunub. Hazırda iki ölkə arasında ticari əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıran Rəşad Məmmədov bununla bağlı silsilə tədbirlər haqqında da danışıb. Qazaxıstanın geniş tərkibdə olan iş adamlarının Azərbaycana səfər edəcəyini deyən diplomat vurğulayıb ki, qarşılıqlı səfərlər nəticəsində Azərbaycanda istehsal olunan məhsulların Qazaxıstanın bütün bölgələrinə ixracına müsbət təkan verəcək. Eləcə də Qazaxıstan məhsullarının da Azərbaycan bazarına çıxışında intensivlik yaranacaq. Diplomat qeyd edib ki, universitetin fərqlənən tələbələrinə Heydər Əliyev təqaüdünün verilməsi bundan sonra da davam etdiriləcək. Sonra müəllim və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Arxiv üzrə axtarış