2016-11-02

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Atırau vilayətinin hakimi Nurlan Noqayevlə görüşüb

Səfir bildirib ki, nümayəndə heyəti Azərbaycan rəhbərliyinin tapşırığı ilə ayrı-ayrı subyektlər və iki ölkənin regionları arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Qazaxıstanın müxtəlif regionlarına səfər edir. Qeyd edilib ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan və Atırau vilayəti arasında ticarət dövriyyəsinin həcmi 9,4 milyon dollar təşkil edib. Diplomat qeyd edib ki, Azərbaycan tərəfi ölkəmizdəistehsal olunan məhsulların, o cümlədən meyvə-tərəvəz məhsullarının Qazaxıstan bazarına, o cümlədən Atırau vilayətinə ixracının artırılmasında maraqlıdır. Atırau vilayətinin hakimi Nurlan Noqayev Azərbaycanla itqisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bir daha bəyan edərək bu istiqamətdə bütün layihələrin icrasında öz dəstəyini əsrigəməyəcəyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.


Arxiv üzrə axtarış