2016-05-02

Astanada Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalı (IFLC-2016) keçirilib.

Astananın ən böyük təhsil ocağı sayılan NURORDA-nın təşkilatçılığı ilə Mərkəzi Konsert Sarayında keçirilən festivalda 25 ölkə təmsil olunub. Hər bir ölkənin ərazisi, mədəniyyəti, adət-ənənələri haqda məlumat verilib, milli geyimləri nümayiş etdirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə Azərbaycanın mədəniyyətini, milli mətbəxini nümayiş etdirən guşə iştirakçılarda böyük maraq yaradıb. Sərgidə paytaxt Bakı haqqında yüksək poliqrafik nəşrlər təqdim edilib, Azərbaycanla bağlı qısa ensiklopedik broşürlər ziyarətçilərə paylanılıb. Xalçalarımız, milli mətbəximiz haqqında məlumatlar toplusu, jurnallar maraqla qarşılanıb.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Hindistan, İndoneziya, Böyük Britaniya, Pakistan, Türkiyə, Əfqanıstan, Bolqarıstan, Rusiya, Gürcüstan və digər ölkələrin təmsilçiləri öz musiqini və rəqslərini nümayiş etdiriblər.

Azərbaycan musiqisi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Arxiv üzrə axtarış