2016-03-20

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edir.

Qazaxıstanda növbədənkənar parlament seçkilərini izləmək Azərbaycandan gələn nümayəndə heyəti bir neçə seçki məntəqəsində olub. Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirdi ki, MDB ölkələri Parlament Assambleyasının xüsusi missiyası Qazaxıstanda MDB ölkələrinin Parlament seçkilərində müşahidəçi qismində iştirak edir.

Qeyd edək ki, müşahidəçi missiyanın tərkibində MDB ölkələrinin Parlament üzvlərindən ibarət, eləcə də ekspertlər və müvafiq institutun mütəxəsisslərindən ibarət 42 nəfər var. Müşahidə missiyası Qazaxıstanda Seçkilər haqqında elan veriləndən sonra işinə başlayıb. Missiyanın üzvləri Qazaxıstanın bir neçə şəhərlərində, o cümlədən Almatıda seçki məntəqələrində seçkiləri izləyəcəklər, nəticə olaraq son sənəd hazırlanacaq və bu sənəddə müşahidəçilərin qeydləri, təklifləri, fikirləri öz izahını tapacaq. Qeyd edək ki, missiyanın bu seçkilərlə əlaqədar hesabatı may ayında hazır olacaq. Xatırladaq ki, bu gün Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başlayıb, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.

Arxiv üzrə axtarış