2016-03-15

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstanın Prezidentinə təqdim edib

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov etimadnaməsini Prezident Nursultan Nazarbayevə təqdim edib.

Görüşdə Prezident Nursultan Nazarbayev bildirib ki, Qazaxıstan Qafqaz regionunda Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz enerji, tranzit, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq edirlər. Qazaxıstan dövlətinin başçısı bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Azərbaycana rəsmi səfərə dəvət olunduğunu və bu dəvəti qəbul etdiyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Arxiv üzrə axtarış