news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2020

Səfirliyin konsulluq şöbəsi 16 mart 2020-ci il tarixindən xüsusi iş rejiminə keçir.

DİQQƏT! DİQQƏT!


Səfirliyin konsulluq şöbəsi 16 mart 2020-ci il tarixindən xüsusi iş rejiminə keçir

Qazaxıstan Respublikasında müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Koronavirus pandemiyası əleyhinə tədbirlər çərçivəsində Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan olunmasını nəzərə alaraq, 16 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi xüsusi iş rejiminə keçir.
Vətəndaşlardan xahiş olunur ki, təxirəsalınmaz məsələlərlə bağlı zərurət yarandığı təqdirdə qabaqcadan Səfirliyin və ya Səfirliyin Almatıdakı ofisinin “qaynar xətt”inə mürəciət etsinlər, qəbula yazılsınlar və təyin olunmuş vaxtda görüşə gəlsinlər. Koronavirus səbəbindən vətəndaşlar arasında birbaşa və yaxın təmasın olmamasını təmin etmək məqsədilə qəbul növbəlilik əsasında aparılacaq.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 000 2838
- Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 786 4670

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti