Mədəni və humanitar əməkdaşlıq

Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmuşlar. Qazaxıstanda hazırda 5 Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir. Bunlar Aktau şəhərində yerləşən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”, Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi", Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Azərbaycan güşəsi, Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi və Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində yaradılmış ümummilli lider Heydər Əliyev otağıdır.

 2 may 2017-ci ildə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Milli Lideri Fondunun icraçı direktoru K.Jumabayevin səfəri zamanı sözügedən Fond və Heydər Əliyev Fondu arasında Əməkdaşlıq Memorandum imzalanmışdır.

2018-ci il 16 may tarixində Astana şəhərində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, ön sözü Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir. 13 iyunda QR Prezidenti Dəftərxanasının rəisi Mahmud Kasımbekovun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində sözügedən kitabın təqdimatı keçirilmişdir.

2023-cü ildə Qazaxıstanın "Qazaqstan" dövlət telekanalı tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənədli film hazırlanmışdır. "Xoşbəxt həyat" ("Ғазиз ғұмыр") adlı film Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin inkişafında Heydər Əliyevin nailiyyətlərindən bəhs edir.

2023-cü ildə Paytaxt Astananın Mərkəzi küçələrindən birinə Ümummilli Lider Heydər Əliyevin adı verilmişdir, küçənin açılış mərasimində dövlət başçıları da iştirak etmişdir.

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxılmış, Avrasiya Milli Universitetində Heydər Əliyevin adını daşıyan auditoriya əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti