SƏFİR RƏŞAD MƏMMƏDOV: BEYNƏLXALQ TÜRK AKADEMİYASININ ÜZV DÖVLƏTLƏRİN RƏSMİ BAYRAMLARINI QEYD ETMƏK TƏŞƏBBÜSÜ TƏQDİRƏLAYİQDİR
Beynəlxalq Türk Akademiyası ТürkiyəCümhuriyyətininquruluşunun 95 illik yubileyi münasibətilə bayram tədbiri və rəsmi qəbul keçirib. Tədbirdə Azərbaycanın Qazaxıstandaklı səfiri Raşad Məmmədov iştirak edib.
Səfir üzv dövlətlərin önəmli günlərini və bayramlarını qeyd etmək təşəbbüsü ilə çıxış etdiyi üçün Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkür edib. Səfir Türkiyənin 600 illik möhtəşəm dövlətçilik tarixi olan Osmanlı İmperiyasının varisi olduğunu, region və dünya siyasətində önəmli bir yer tutduğunu bildirib. Diplomat Türkiyənin Azərbaycana daim yardım göstərdiyini, istər 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanı, Azərbaycan Xalq Cümhuriyyətini qurarkən, istərsə də 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edərkən ən böyük dəstəyi qardaş Türkiyədən gördüyünü diqqətə çatdırıb. O, iki dövlətin münasibətlərinə ən dəqiq qiyməti ulu öndər Heydər Əliyevin verdiyini və Türkiyə ilə Azərbaycanın "bir millət, iki dövlət" olduğunu vurğulayıb.