Səfir Ağalar Atamoğlanov “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olmuşdur.
Səfir Ağalar Atamoğlanov “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olmuşdur. Səfər çərçivəsində Səfir Mərkəzinin idarə heyətinin sədri Nurjan Sultanaliyevlə görüş keçirmiş və Mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olmuşdur.
“Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir.
Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirərək Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulamışdır.
Səfir Azərbaycanın Orta Dəhlizin reallaşdırılmasındakı rolundan, dəhlizin inkişafına yönəlmiş infrastruktur layihələrindən, avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən işlər haqqında məlumat vermişdir.