news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 mart 2021

Qazaxıstanın paytaxtı Nur-Sultanda Xocalı Soyqırımı anılıb

26 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Kəskin şaxtalı hava şəraitinə baxmayaraq, Səfirliyin inzibati binasının qarşısında toplanan xeyli sayda ziyarətçi saat 12.00-dan etibarən binanın önündə yaradılan anım lövhəsinə çiçəklər və əklillər düzüblər.
Anım lövhəsində Ermənistan silahlı qüvvələrinin qadın, qoca, uşaq demədən bir gecə içərisində günahsız insanlara, Xocalının dinc sakinlərinə qarşı amansız cinayətlərini əks etdirən fotolar və məlumatlar əks olunub.
Qazaxıstandakı Azərbaycan icmasının və yerli Qazax xalqının nümayəndələrinin, mətbuat təmsilçilərinin və Səfirlik əməkdaşlarının qatıldığı anım mərasimində şəhidlərin ruhuna dualar oxunub və şamlar yandırılıb.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti