news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 sentyabr 2018

Qazaxıstanın paytaxtı Astanada “Müasir dünyada sözün energetikası” adlı Avrasiya Ədəbiyyat Forumu keçirilib.

Forumda Azərbaycanı  tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunis Oğuz və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza təmsil edib. Avrasiya Ədəbiyyat Forumunda iştirak edən Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muxamedulı bildirib ki, belə tədbirlərin məqsədi xalqların ədəbiyyatlarını bir-birii ilə yaxınlaşdırmaq,  qazax xalqının ədəbiyyatını dünyada tanıtdırmaqdır.  Eləcə də  gələcəkdə mədəni mübadilə üçün intellektual resursları bir arada cəmləşdirmək, mədəniyətlərarası dialoqun inkişafına təkan verməkdir. 

Bu isə ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına təkan verəcək. Müxtəlif ölkələrin nümayəndələri ilə mədəni və ədəbi əlaqələrin qurulması Forumun əsas konsepsiyasından biridir. Çıxış edən yazıçı və şairlər, publisist-naşirlər vurğuladılar ki, Forumun keçirilməsi ilə Qazaxıstan müəlliflərinin yaradıcılığını dəstəkləyən vahid Avrasiya ədəbi məkanı formalaşa bilər. Bu, əlbəttə ki, qarşılıqlı intellektual, yaradıcı və ədəbi əlaqələrin nəticəsində də mümkün olacaq. Eyni zamanda forumda təmsil olunan ölkələrin istər tarixi, istərsə də yeni ədəbi nümunələri Qazaxıstanda da tanınar. Çıxış edənlər gənc yazarların belə forumlara cəlb edilməsinin vacibliyini vurğulayıblar, son illər ədəbi yaradıcılqda yeni tendensiyalardan danışıblar.  Yazıçı və şairlər arasında istedadı müəyyənləşdirmək üçün mütamadi ikitərəfli və çoxtərəfli simpoziumların, konfrans və forumların keçirilməsi ilə bağlı yekdil rəylər səsləndirilib. Xüsusilə müasir dünyada ədəbiyyatın mövcud vəziyyəti, janrların inkişafı və yeni inkişaf istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb, tərcümənin mürəkkəbliyi və digər məsələlər Avrasiya Ədəbi Forumunun ekspertləri və aparıcı yazarlar tərəfindən müzakirə olunub. tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunis Oğuz çıxışında roman janrında tarixilik, fəlsəfi cərəyanların mahiyyəti, müəlliflərin dünyagörüşü və digər məqamlara diqqət çəkib. Onun Qazaxıstan prezidenti Nursultan Nazarbayev haqqında tarixi roman yazması ilə bağlı açıqlaması forumda böyük maraqla qarşılanıb. Yerli jurnalistlər, yazarlar  Yunis Oğuzun bu romanı ilə bağlı müəlliflə diskussiyalar aparıblar. Forum çərçivəsində konfranslar keçirilib, plenar iclaslarda “Regional ədəbiyyatın inkişafı”, “Ədəbiyyat və bəşəriyyətin qlobal problemləri”, “Yeni əsrin poeziyası-əsas mövzu və problemlər”, “Dramaturgiyanın aktual problemləri” və digər mövzular geniş müzakirə olunub.  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti