Qazaxıstanın paytaxtı Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayı keçirilib.
Azərbycanı tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Qurultayda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edərək bildirib ki, 46 ölkədən 82 nümayəndə iştirak edir ki, bu da ildən ilə bu mötəbər qurultaya artan diqqətin göstəricisidir. Tədbirdə beynəlxalq dini qurumlar, konfesniyalar və ictimai təşkilatlarla yanaşı BMT, YUNESKO, ATƏT və digər nüfuzlu təşkilatların tərkibində olan alyanslar iştirak edir. Prezident xatırladıb ki, Dünya və ənənəvi dinlərin ilk qurultayı 2003-cü il 23-24 sentyabrda keçirilib. 15 il ərzində qurultay beynəlxalq konfensiyaların və müxtəlif dinlərin münasibətlərinin formalaşmasında nüfuzlu meydana çevrilib. Bu müddət ərzində artıq 6 dəfə Astanada toplaşdığını deyən prezident vurğulayıb ki, qurultayın keçirilməsində Qazaxıstan dünya ictimaiyyətinə ümummilli konsensus və cəmiyyətin konsolidasiyasına bir nümunə nümayiş etdirir. Serbiyanın prezidenti Aleksandra Vuçiç isə vurğulayıb ki, terrorizm və ekstremizm dünya üçün hələ də təhlükə olaraq qalır. Misirin ali imamı Əl-Əxzar Şeyx Məhəmməd Əhməd ət-Tayeb, ATƏT-in baş katibi Tomas Qreminqer, Patriarx 3-cü Feofil, Roma Papasının Qanunvericilik Mətnlərinin Tətbiqi üzrə Pontifik Şurasının sədri Kardinal Françisko Kokkopalmeriya və digərləri çıxışlarda Dini liderlər təhlükəsiz dünya uğrunda"dır. Qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi mövzularda çıxışlar ediblər.
Əvvəlki qurultayların da iştirakçısı olmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə dünya və ənənəvi dini liderlərinin VI Qurultayında məruzə ilə çıxış edib. Natiq Azərbaycanda tolerantlığın mövcudluğundan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən irimiqyaslı layihəl barədə məlumat verib.
Qeyd edək ki, Nursultan Nazarbayevin sərəncamı ilə Allahşükür Paşazadə ölkənin ən nüfuzlu “Şapaqat” medalı ilə təltif olunub. Qurultay çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan Xalçasını Sülh və Həmrəylik Muzeyinə təqdim edib.
Qeyd edək ki, 15 illik tarixə malik qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın bu dəfəki mövzusu "Dini liderlər təhlükəsiz dünya uğrunda"dır. Qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçirilib.