Qazaxıstan Xalqları Assambleyası - Azərbaycan Respublikası: əməkdaşlığın yeni mərhələsi
Cari ilin 9 fevral tarixində Səfir Rəşad Məmmədov ilə Qazaxıstan Xalqları Assambleyasının sədr müavini Yerali Tuqjanov arasında tanışlıq görüşü keçirilmişdir. Görüşdə Səfir xalqlarımız arasında qardaşlıq münasibətlərindən, etnik azərbaycanlıların Qazaxıstanın inkişafı naminə fəaliyyətindən danışmış və soydaşlarımıza lazımi həyat şəraiti yaradılmasına görə qarşı tərəfə təşəkkür etmişdir. Çoxmillətli ölkələr arasında Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının insanların sülh şəraitində yaşamasını təmin edən ən uğurlu idarəetmə sisteminə malik olan ölkələrdən hesab edildiyini vurğulamışdır. Yerali Tuqjanov öz növbəsində, etnik azərbaycanlıların Qazaxıstanın ayrılmaz tərkib hissəsi olması və ölkənin ictimai həyatında fəal iştirakından danışmış, əməkdaşlığın daha inkişafı üçün hazır olduğunu bildirmişdir. Görüşdən sonra Səfir yerli KİV nümayəndələrində müsahibə vermiş, Qazaxıstan Respublikası Prezidenti cənab N.Nazarbayevin təşəbbüsü ilə yaradılmış Qazaxıstan Xalqları Assambleyasının millətlərarası münasibətlərin sülh və qarşılqılı etimad zəmnində formalaşmasına xidmət etməsi, dünyada bu səpkidə mövcud olan ən nümunəvi qurumlardan olmasını vurğulamışdır.