Qazaxıstan Respublikasında daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmişdir.
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi Qazaxıstan Respublikasının ərazisində yaşayan və ya müvəqqəti olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.
Səsvermə 2024-cü il fevralın 7-də saat 8:00-dan 19:00-dək aşağıda qeyd olunan ünvanlarda keçiriləcəkdir.
- Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin binasında (Astana şəhəri, Anatoli Xrapatıy küçəsi, bina 4);
- Almatı şəhərində (Respublika sarayı, Dostık 56, yan sol qapı);
- Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun binasında (Aktau şəhəri, 15 mikrorayon, 30K-1, 130000).
Seçkidə iştirak etmək üçün 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidir.