Qazaxıstan Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə
Qazaxıstan Respublikasının dövlət sərhədində məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi ilə əlaqədar karantin məhdudiyyətləri dövründə aşağıdakılar üçün yeni giriş qaydası tətbiq olunur:
- Qazaxıstan Respublikası ərazisində yaşayış icazəsi olan Azərbaycan Respublikası vətəndaşları (və digər xarici dövlətlərin vətəndaşları) və onların ailə üzvləri;
- Qazaxıstan Respublikası vətəndaşının ailə üzvü olan Azərbaycan Respublikasının vətəndaşları (və digər xarici dövlətlərin vətəndaşları) - Sözügedən şəxslərin kateqoriyası QR dövlət sərhədini 90 sutka ərzində (bundan öncə 30 sutka) 1 dəfədən çox olmayaraq keçə bilər.
Eyni zamanda, cari ilin 9 noyabr tarixində Türkiyə ilə beynəlxalq aviareyslərin sayını 33-dən 20-yə qədər endirilməsi qərarı qəbul olunub.