Milli Məclisin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti 28 sentyabr 2021-ci il tarixində ölkəmizin Qazaxıstandakı Səfirliyimizi ziyarət etmişdir.
Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzmüşlər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 Sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq şəhidlərimizin əziz xatirəsini yad etdilər. Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olmuş, əməkdaşların fəaliyyəti ilə maraqlanmış, xatirə kitabına ürək sözlərini yazmışdır. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Milli Məclisin sədrini səfirliyin fəaliyyəti ilə tanış etmişdir.