Kokşetauda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə sərgi keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Qazaxıstanın Akmola vilayətinin Kokşetau şəhərində silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdən biri də “Dostluq evi”ndə Azərbaycanın zəngin mədəniyyətini, multikultiralizmini, tarixini, turizm potensialını təbliğ edən sərginin təşkil edilməsidir. Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Kokşetauda yaşayan müxtəlif xalqların icma üzvlərinin də iştirakı ilə sərgiyə baxış oldu. Burada Azərbaycan multikultiralizmi haqqında son nəşrlər, xalçaçılıq sənəti, ayrı-ayrı suvenirlər iştirakçılarda böyük maraq oyatdı. Müasir Bakı ilə bağlı sənət nümunələri, fotoşəkillər sərgi iştirakçılarında şəhərimiz haqqında zəngin təəssürat yaratdı. Azərbaycanın milli geyimləri, qədim sənət nümunələri, eləcə də tarixi keçmişimizi əks etdirən suvenirlər, disklər, elektron materiallar sərginin əhəmiyyətini daha da artırdı. Sərgi bir həftə davam etdirilib.