Azərbaycan Respublikasının səhiyyə naziri Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin V iclasında iştirak etdi
8 aprel 2-25-ci il tarixində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin V iclası keçirildi.
Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu. Tədbirdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak etdi.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul olundu.
Həmçinin, tədbir çərçivəsində Astana Tibb Universiteti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu imzalandı.