news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 sentyabr 2021

Azərbaycanın Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ağalar Atamoğlanov etimadnaməni Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təqdim etdi.

Səfir Ağalar Atamoğlanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab Kasım-Jomart Tokayevə çatdıraraq, etimadnaməni təqdim etdi.

«Qardaş Qazaxıstanda ölkəmi təmsil etmək mənim üçün böyük şərəfdir.

Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin əsasını Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Respublikasının ilk Prezidenti- Elbası Nursultan Nazarbayev qoymuşdur. Bu gün bu siyasət dövlət başçılarımız tərəfindən uğurla davam etdirilir.

Ölkələrimiz strateji tərəfdaş və müttəfiqdir. Belə yüksək səviyyədə qarşılıqlı anlaşma 24 may 2005-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”də təsbit edilmişdir.

Türkdilli xalqlar olaraq etnik, dil və mədəni dəyərlər baxımından çox yaxınıq. Ümumi köklər, adətlər, ənənələr - bütün bunlar iki xalq arasında daha da yaxınlaşması üçün mühüm platforma yaradılmışdır.

Ölkələrimizin strateji cəhətdən əlverişli coğrafi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası əlaqələrimizin inkişafı, ölkələrimiz arasında ticarət -iqtisadi əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün daha da böyük imkanlar yaradacaqdır.

Gələn il artıq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyik. Hər iki ölkə bu il müstəqilliyinin 30 -cu ildönümünü qeyd edir. Bu fürsətdən istifadə edərək, bütün qardaş xalqa təbriklərimi çatdırır, xoş arzularımı yetirirəm,  sülh və firavanlıq diləyirəm”.

Azərbaycanla əməkdaşlıqdan danışan dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycanın Avrasiya məkanında və Xəzər regionunda Qazaxstanın əsas tərəfdaşlarından biri olduğunu vurğuladı.

Prezident bəyan etmişdi ki, "Çoxşaxəli əməkdaşlığımızın bütün sahələrinə əlavə dinamikanın verilməsi ən  aktual vəzifədir" .

K.Tokayev Səfirləri Qazaxıstanda missiyalarına rəsmi olaraq başlamaları münasibətilə təbrik etdi və onların peşəkar təcrübəsi sayəsində müxtəlif sahələrdə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirdi

.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti