news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2017

Azərbaycan və Qazaxıstan dostluğunun simvolu olacaq parkda anım - 613 ağac

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə aksiya keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, aksiyada “Dostluq” milli-mədəni cəmiyyətin müraciəti əsasında Aktau şəhər hakimiyyəti (meriyası) tərəfindən Azərbaycan və Qazaxıstan dostluğunun simvolu kimi yaradılacaq park üçün ayrılmış ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.

Aksiyada azərbaycan diasporunun nümayəndələri ilə yanaşa, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov, Manqistau vilayət akiminin (qubernatorunun) müavini Rahimbek Amirjanov, digər ictimaiyyət və kiv nümayəndələri iştirak ediblər.

Aktau şəhərində yaşayan azərbaycanlı iş adamlarının imkanları hesabına yaradılacaq parkda 200 kv.metrdən artıq daş döşəmə qoyulub, parkın mərkəzində səkkiz guşəli ulduz formasında daş döşəmə üzərində Azərbaycanın xəritəsi yonulmuş daş kürə qoyulub. Park ərazisində soydaşlarımız tərəfindən Baş konsulluğun dəstəyi ilə Azərbaycandan gətirilərək əkilmiş 613 ağac Xocalı soyqırımında həlak olanların ruhuna ithaf olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti