news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 oktyabr 2019

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Nur-Sultan şəhərində təşkil olunan beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.

Səfər çərçivəsində Vüsal Hüseynov Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqunbayev ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyi, uzunmüddətli və səmərəli işgüzar əlaqələrin mövcudluğu qeyd olunub. Həmçinin miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə Azərbaycanda miqrasiya sahəsində tətbiq olunan innovasiya texnologiyaları haqqında məlumat verilib. Ölkəmizin miqrasiya sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq üçün Qazaxıstanın Daxili İşlər naziri Azərbaycana dəvət edilib.

15700395123945418505_1000x669

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti