Azərbaycan Respublikasının bütün növ milli pasportlarının etibarlıq müddətinin 31 dekabr 2020-ci il tarixinə qədər uzadılmışdır.
Diqqət! Diqqət!
Səfirlik xəbər verir ki, Səfirliyin 172/20 saylı, 22.06.2020-ci il tarixli Notasına cavab olaraq, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi 3-22/27180 saylı, 10.07.2020-ci il tarixli Notası ilə Azərbaycan tərəfinin Azərbaycan Respublikasının bütün növ milli pasportlarının etibarlıq müddətinin 31 dekabr 2020-ci il tarixinə qədər uzadılması təklifini qəbul etmişdir. Milli pasportların etibarlıq müddətinin uzadılması ilə bağlı qərar qarşılıqlı xarakter daşıyır.
Bununla bağlı, koronavirus infeksiyasının yayılması səbəbindən yaranmış vəziyyət ilə əlaqədar, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında qarşılıqlı əsasda razılaşdırılmışdır ki, karantin tədbirləri dövründə etibarlıq müddəti bitmiş və yaxın tarixlərdə bitəcək bütün növ milli pasportlar 31 dekabr 2020-ci il tarixinə qədər uzadılmış hesab olunur.