Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəzər günü” ilə eyni vaxtda keçirilən Sammitin əhəmiyyətindən danışdı.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi.