news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2016

Astanada KADEX-2106 IV hərbi-texnoloji sərgi öz işinə başlayıb

Qazaxıstanın paytaxtı Astanada KADEX-2106 IV hərbi-texnoloji sərgi öz işinə başlayıb. Azərbaycan tərəfdən sərgidə Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Sərgi iyunun 2-dən 5-ə kimi Astanada keçiriləcək. Sərginin keçirilməsi üçün 90 min kvadrat metrlik ərazi ayırılıb. Burada şirkətlərə məhsullarını təqdim etmək və digər tədbirlərin həyata keçirilməsi üçün 8 qapalı və bir neçə açıq pavilionlar yaradılıb. KADEX-2016 sərgisi region dövlətlərinin müdafiə sənayesi sektorunun inkişafına, əməkdaşlığa, birgə şirkətlərin yaranmasına stimul verir. Qazaxıstan müdafiə nazirinin müavini, general-leytenant Okas Saparov bildirib ki, KADEX-2016 Qazaxıstan və Mərkəzi Asiya regionunda hərbi sənaye sahəsində son yeniliklərin göstərilməsi üçün meydandır. Tədbirə 40 ölkədən rəsmi nümayəndə heyəti qatılıb. Sərgidə ilk dəfə olaraq bəzi şirkətlərin müəssisələrində zirehli maşınlar təqdim olunub. "Sərgi çərçivəsində Rusiyanın "Almaz Antey", "Vertolyotı Rossia" və "KamAz" dövlət şirkətləri ilə yanaşı İsrail, Türkiyə və digər dövlətlərin yerli məhsulları nümayiş olunur. Azərbaycan nümayəndə heyəti ən yeni texnika və silah növləri ilə tanış olmaq üçün sərgidə bütün pavilyonlarda olublar. Açıq havada ağır texnikaların nümayişi zamanı modernizasiya olunmuş hərbi maşınlar iştirakçılarda maraq doğurub. Sərgidə iştirak edən hərbi sənaye kompleksi üzrə ixtisaslaşmış müəssisələr Azərbaycanla əməkdaşlıq etmək üçün niyyətlərini açıqlayıblar. Bu qurumlarla yeni məhsullarla istehsalına dair maraqlı məlumatlar əldə edilib. Bundan başqa türkiyənin ASELSAN, həmçinin İsrailin müvafiq qurumları ilə də yeni işlərə dair müzakirələr də aparılıb. Qeyd edək ki, KADEX-2016 sərgisində 300-dən artıq şirkət iştirak edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti