news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 may 2016

Astanada azərbaycanlı millət vəkilinin "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı monoqrafiyasının təqdimatı keçirilib

Qazaxıstanın Astana şəhərində keçirilən "Böyük Çöl" I Sosial Elmlər forumu bu gün də öz işini davam etdirib. Forumun ikinci günündə azərbaycanlı millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilmiş "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı monoqrafiyasının təqdimatı keçirilib. 

Qazaxıstanda keçirilən "Böyük Çöl" I Sosial Elmlər forumu çərçivəsində Astanadakı Lev Qumilyov adına Milli Avrasiya Universitetində azərbaycanlı millət vəkili Cavanşir Feyziyevin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilmiş "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabının təqdimatı keçirilirib. Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhxan Xıdıralı isə kitabın məziyyətlərindən danışaraq, əsərdə həm də türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türkdilli ölkələr arasında mümkün inteqrasiyanın prinsipləri və strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğulayıb. O, türk dünyasına xidmətlərinə görə Cavanşir Feyziyevə Akademiyanını Qızıl medalını təqdim edib. 

Bu gün dünya siyasi xəritəsində yer alan altı müstəqil türk dövlətinin beynəlxalq hüquq əsasında və bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyi mümkündür. Millət vəkili mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını bildirib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti