27 sentyabr 2021-ci il tarixində AR-in QR-dəki Səfirliyində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk olaraq, şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Səfirliyin qarşısında xüsusi hazırlanmış bannerin önündə əklil və gül dəstələri qoymuşdur.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yerli vaxtla saat 12:00 - da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına müraciəti canlı şəkildə tədbir iştirakçıları tərəfindən izlənilmişdir.
Səfirliyin müşaviri Anar Hüseynzadə, Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Timur Kozırev, “Aykın” qazetinin baş redaktorunun müavini Amangeldi Kurmet və Azərbaycanın Qazaxıstan Respublikasındakı diaspora nümayəndələri çıxış etmişlər.
Tədbirdə Anım Gününə həsr olunmuş və 44 Günlük Müharibəni əhatə edən videoçarx və “BİZ” sənədli filmi nümayiş etdirilmişdir.