2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.
Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinə uyğun olaraq, ölkəmizin hüdudlarından kənarda daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikasının vətəndaşlarının ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində (Astana şəh., Kunayev küç. 1, diplomatik şəhərcik, B-6), Səfirliyin Almatı şəhərindəki ofisində (Baytursınova küç. 113, Astana mehmanxanası, otaq 15) və Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda (1-ci mikrorayon, (Samal) ev 30 К-1) seçki məntəqələri təşkil edilib. Qeyd olunan seçki məntəqələrində ümumxalq səsverməsi 2016-cı ilin sentyabrın 26-da saat 07.00-dan 19.00-dək davam edəcəkdir. Azərbaycan Respublikasının vətəndaşları həmin vaxtda sözügedən seçki məntəqələrində səs verməyə dəvət olunurlar.