Ticarət və İqtisadi əməkdaşlıq

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Respublikasının Qazaxıstan Respublikası ilə ticarət dövriyyəsi, Qazaxıstana ixracın və Qazaxıstandan Azərbaycana idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticari dövriyyə

İxrac

İdxal

 

2018

220.78

46.64

174.14

 

2019

229.60

24.02

205.58 

 

2020

142.01

25.91

116.10

 

2021

134.74

38.84

95.9

 

 

2022

598.47

104.03

494.44

 

 

2023

314.1

98.5

215.6

 

 

           

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Qazaxıstana ixrac olunan məhsullar: Nəqliyyat vasitələri və onların hissələri (əsasən minik avtomobilləri), şəkər, plastiklər, qara metallardan məmulatlar (əsasən borular), elektrik avadanlıqları və hissələri, mexaniki qurğular və hissələri, meyvələr (əsasən fındıq), qablaşdırma üçün kisə və paketlər, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar

Azərbaycana idxal olunan məhsullar: Dəmiryol lokomotivləri, buğda və məslin, xam neft, maye yanacaq, qara metallar və onlardan məmulatlar, qazoyllar, yüngül distilyatlar, mexanizm, elektrotexniki avadanlıq və hissələri, barium sulfatı (barıt), gübrələr, düyü, mərci, şokolad, heyvan və bitki mənşəli yağlar, plastiklər

Birgə Hökumətlərarası Komissiya

1999-cu ildə Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

Komissiyanın həmsədrləri

Azərbaycan tərəfindən – Pərviz Şahbazov (energetika naziri)

Qazaxıstan tərəfindən – Marat Karabayev (nəqliyyat naziri)

 

Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı – 20

Sonuncu iclas 5 mart 2024-cü  ildə Astana şəhərində keçirilmişdir. İclasda ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir. Həmçinin, qarşılıqlı maraq doğuran digər mövzular, Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, gəmiqayırma sektorunda əməkdaşlıq, qazax şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirak, neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz vasitəsilə yüklərinin daşınmasının artırılması məsələlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə İşgüzar Şura da öz töhfəsini verir. İndiyədək Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının 24 avqust 2022-ci il və 11 mart 2024-cü il tarixlərində iki iclası keçirilmişdir. Şura iqtisadi-ticarət tərəfdaşlığının, o cümlədən iş adamları arasında birbaşa təmasların möhkəmləndirilməsi və şaxələndirilməsində vacib rol oynayır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti