2016-08-18

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ağsaqqallar Şurasının 11-ci sessiyası keçirilir

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ağsaqqallar Şurasının 11-ci sessiyası keçirilir.  Türk Şurasının Baş katibi Ramil Həsənovun moderatorluğunda keçirilən tədbirdə Ağsaqqallar Şurasının üzvləri Azərbaycandan Fəttah Heydərov, Qazaxıstandan Ədil Axmetov, Qırğızıstandan Beksultan Jakiyev, Türkiyədın Mustafa İsen, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali və diplomatlar iştirak ediblər. Üç gün davam edəcək iclasda Ağsaqqallar Şurasının əvvəlki toplantılarında təqdim olunan təkliflər və təlimatların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bununla yanaşı, Türk Şurasının siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət, nəqliyyat və turizm sahələrində həyata keçiriləcək tədbirlərlə bağlı təklifləri dəyərləndirilib. Toplantı daha iki gün Burabayda davam edəcək.


Arxiv üzrə axtarış