2016-07-22

Hörmətli jurnalistlər və KİV nümayəndələri,

Milli Mətbuat günü münasibətilə Sizi şəxsən öz adımdan və Səfirliyinin əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm.

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız yarandığı tarixdə xalqımızın çiçəklənməsi və müstəqillik amallarımızın təşviqi  baxımından nə qədər vacib əhəmiyyət kəsb edirdisə də, bu  gün də dünyada gedən ziddiyyətli proseslər fonunda dövlətçiliyimizin daha da güclənməsində milli mətbuatımızın rolu əvəzedilməzdir.

Qeyd olunanları nəzərə alaraq, ölkə rəhbərliyinin yüksək qayğısı nəticəsində ölkəmizdə dünya KİV-ləri ilə rəqabət aparmaq, milli maraqlarımızı qorumaq və  Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə vaxtında çatdırmaq iqtidarında olan mətbuat formalaşmışdır.

Əminik ki, bundan sonra da Azərbaycanımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan çalışacaq və şərəfli peşənizdə yüksək nailiyyətlər əldə edəcəksiniz.

Fürsətdən istifadə edərək Sizi bir daha bu əlamətdar bayram münasibətilə təbrik edirəm, möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın inkişafı və möhkəmlənməsi yolunda yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

 

Hörmətlə,

Rəşad Məmmədov

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri

Arxiv üzrə axtarış