2016-06-16

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin dövlət televiziyasına- "Kazaxıstan TV"-yə geniş müsahibə verib.

Jurnalist Erjan Tolekin suallarını cavablandıran diplomat Azərbaycan-Qazaxıstan münasibətlərindən danışıb. Ölkələrimiz arasında siyasi- iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir mövcud sferada əməkdaşlığı genişləndirmək məqsədilə qarşıda duran planlardan danışıb. Rəşad Məmmədov xüsusi olaraq vurğulayıb ki, qardaş Qazaxıstanı Azərbaycanla din, ideologiya və dil faktoru daha da birləşdirir. Ölkələrimizin ümumi tarixi, mənəviyyyatı, mədəniyyəti və ortaq ədəbiyyatı var. Müstəqillik illərində ümumi dəyərləri dirçəltmək üçün ülu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin əvəzsiz xidmətləri olub. Bu gün prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm işlər görülüb. Məhz bunun nəticəsidir ki, hər iki ölkənin rəhbərlərinin birgə səyi nəticəsində əlaqələr dinamik tərzdə inkişaf edir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanla Qazaxıstanın mövqeyi üst-üstə düşür. Diplomat xalqlar arasında oxşar adət-ənənələrdən, Bakı ilə Astananın son illərdə dünyanın ən yaxşı şəhərlərə çevrilməsindən, qısa müddətdə əldə olunan digər nailiyyətlərdən də geniş danışıb.

Arxiv üzrə axtarış