2019-01-17
Astana 20 yanvarv şəhidləri anılıb

Qazaxıstanın Astana şəhərində Azərbaycanın Qazaxıstnadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib. Tədbirdə Bu ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatın rəhbərləri, ölkə ictimai xadimləri, icma üzvləri iştirak edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını deyib. Qanlı 20 yanvar faciəsi ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu bildirən səfir, Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə edildiyini vurğulayıb. Diplomat qeyd edib ki, Bakıda baş verən qanlı yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi. Qeyd olundu ki, həmin dövrdə istefada olmasına baxmayaraq, hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz Ulu öndər Heydər Əliyev olmuşdu. O, 1990-cı il Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aksiyanı qətiyyətlə pisləmişdi. Rəşad Məmmədov bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. Tədbirdə bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, S. Raxmaninovun əsərlərini ifa edib. Tədbirdə qanlı yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.

 

əvvəlki xəbər

.