2019-01-10
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən 1 fevral 2019-cu il tarixdən etibarən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi beyannameçinin inzibati məsuliyyətinə səbəb olur.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 12 mart 1996-cı il tarixli 33-IQ nömrəli qanunla qoşulduğu "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük Konvensiyası (BYD Konvensiyası, 1975) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələri barədə məlumatlar əvvəlcədən gömrük orqanlarına BYD ilkin məlumat mübadiləsi sistemindən (TİR EPD - Electronic Pre-arrival Declaration) istifadə etməklə də təqdim edilə bilər.

növbəti xəbər əvvəlki xəbər

.