2018-10-24
ASTANADA QARA QARAYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNAN YUBİLEY GECƏSİ KEÇİRİLİB

Qazaxıstan paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə  baş tutan tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsində əvvəlcə Qara Qarayev haqqında sənədli film nümayiş etdirilib, Filmdə dahi bəstəkarın həyat və yaradıclığı, keçdiyi ömür yolu, əsərləri barədə danışılıb.TÜRKSOY-un baş katibi Düsen Kaseinov vurğulayıb ki,  bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir. bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir. Mərasimdə çıxış edənlər bildiriblər ki, Qara Qarayevin yaradıcılıq irsi Azərbaycana və bütün dünyaya məxsusdur. Çünki o, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib. Sonra yubiley gecəsi konsert proqramı ikə davam edib. Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunub. Qeyd edək ki, Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Konsert proqramı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Azərbaycanın Qazaxıstandakı səfirliyi adından gecədə gül çələngi təqdim olunub. Yubiley gecəsində bir sıra ölkələrin səfirləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər

.