Qonağa məlumat verilib ki, Astanada təşkil olunan sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət olunan pavilyonlardandır. “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib. Milli pavilyonun konsepsiyası “Enerji yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır. Azərbaycan tarixi-mədəni irsini çox sevdiyini bildirən Çexiya Parlamenti Senatının sədri Milan Ştex Azərbaycan xalçalarına xüsusilə məftun olduğunu bildirib. “Azərbaycan zəngin enerji potensialına malikdir” - deyən Senatın sədri pavilyonda ənənəvi enerjidən alternativ enerjiyə qədər inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı bilgilərlə tanış olub. Pavilyonun giriş zalında bükülmüş xalça forması dizaynı qonaqda böyük təəssürat oyadıb. Burada qonaqlar təqdim olunan foto və video materiallarla maraqlanıblar. Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililər ziyarətçilərdə bir daha ölkəmiz haqqında yüksək fikir formalaşdırıb. Azərbaycana virtual tur Senat sədrinin ən çox bəyəndiyi məqamlardan olub. İzləyicilər milli çalarlı musiqinin müşayiəti ilə videoproyeksiya vasitəsilə odlar yurdu ilə tanış olublar. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Çilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi barədə qonaqlara məlumat verilərək vurğulanıb ki, ölkənin gələcəyində külək enerjisinin əhəmiyyəti olduqca böyükdür. Çexiya Parlamenti Senatının sədri Milan Ştex Azərbaycan pavilyonundan böyük və zəngin təəssüratla ayrılıb.
- AZƏRBAYCAN HAQQINDA
- SƏFİRLİK
- İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
- KONSULLUQ VƏ VİZA
- ASAN Viza (e- Visa)
- Konsulluq məsələləri
- Dövlət rüsumu
- Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı
- Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində “ASAN Viza” sistemi yaradılacaqdır
- Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları
- Viza anket nümunəsi
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkələrin diplomatik və ya xidmeti ( və ya rəsmi/xüsüsi) pasportlara malik olan vətendaşlar üçün vizasiz gediş-gəliş rejimi tətbiq edilen ölkələrin siyahısi
- Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
- Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş
- Azərbaycan Respublikası vətəndaşının pasportu
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi
- Notariat hərəkətləri
- e-Viza verilən ölkələr
- Elektron vizaların verilməsi ilə bağlı şərtlər
- XƏBƏRLƏR
- ƏLAQƏ