Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin həmkarı Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovla dost münasibətdə olduğunu bildirərək ona səmimi salamlarının çatdırıb. Məclisin sədri qeyd edib ki, Qazaxıstan Qafqaz regionunda əsas tərəfdaş kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Parlament sədri Prezident Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfərini ikitərəfli strateji münasibətlərin inkişafında əhəmiyyətli hadisə adlandırıb. Nurlan Niqmatulinin sözlərinə görə, Qazaxıstanla Azərbaycanın aktual beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyi üst-üstə düşür. Məclisin sədri qeyd edib ki, burada parlament diplomatiyası da mühüm rol oynayır. O, parlamentlərarası əməkdaşlıq komissiyalarının və müvafiq komitələrinin potensialından istifadənin əhəmiyyətini də vurğulayıb. Spikerin sözlərinə görə, bu, Qazaxıstan və Azərbaycan dövlət başçılarının razılaşdırdığı bütün müqavilələrin effektiv həyata keçməsinə zəmin yaradacaq. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da öz növbəsində Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Qazaxıstan Parlamenti Məclisinin sədrinə çatdırıb. Səfir bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi parlamentlər arası əlaqələr də yüksək səviyyədədir. Azərbaycanla Qazaxıstan eləcə də TürkPA çərçivəsində də sıx əməkdaşlıq edir. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir. Diplomat bildirib ki, Azərbaycan tərəfi də hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsində maraqlıdır və bu cür səfərlərin tərəflər arasında bir sıra məsələlər üzrə fikir və təcrübə mübadiləsinə imkan yaradır. Hər iki tərəf daha sıx əməkdaşlığa və o cümlədən iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü çərçivəsində qarşıdan gələn mühüm tədbirlərə hazır olduqlarını bildiriblər. Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə birinci sammiti, eləcə də “EKSPO-2017” Beynəlxalq Sərgi çərçivəsində birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib.
- AZƏRBAYCAN HAQQINDA
- SƏFİRLİK
- İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
- KONSULLUQ VƏ VİZA
- ASAN Viza (e- Visa)
- Konsulluq məsələləri
- Dövlət rüsumu
- Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı
- Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində “ASAN Viza” sistemi yaradılacaqdır
- Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları
- Viza anket nümunəsi
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkələrin diplomatik və ya xidmeti ( və ya rəsmi/xüsüsi) pasportlara malik olan vətendaşlar üçün vizasiz gediş-gəliş rejimi tətbiq edilen ölkələrin siyahısi
- Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
- Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş
- Azərbaycan Respublikası vətəndaşının pasportu
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi
- Notariat hərəkətləri
- e-Viza verilən ölkələr
- Elektron vizaların verilməsi ilə bağlı şərtlər
- XƏBƏRLƏR
- ƏLAQƏ