2016-09-22
Qazaxıstanın paytaxtı Astana Qazaxıstan-Azərbaycan iqtisadi əməkdalıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib

İclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. O cümlədən, miqrasiya, kosmik fəaliyyət, yüksək texnologiyalar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ikitərəfli sərgi və biznes-forumların təşkili məsələləri nəzərdən keçirilib. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Azərbaycanın nümayəndə heyətini salamlayaraq iki ölkə arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışıb. Bildirilib ki, iclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələri daim diqqət mərkəzində olub. Azərbaycanın energetika naziri Natiq Əliyev isə öz növbəsində qeyd edib, yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır ki, Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 mln.ton, bu ilin 6 ayı ərzində isə 1,3 mln.ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının diversifikasiyası istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri eləcədə enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq. Qazaxıstan-Azərbaycan əməkdaşlığında vacib məsələlərdən biri də Transqafqaz dəhlizi vasitəsilə Qara dənizə karbohidrat məhsullarının daşınmasıdır. İclasda 2017-ci ildə Azərbaycan müğənnisi Bülbülün 120 illik yubileyi münasibətilə keşiriləcək beynəlxalq tədbirdə iştirakı, KİV nümayəndələri ücün infoturların keşirilməsi, Qazaxıstan tərəfin "AİTF-2017", Azərbaycan tərəfin isə "KİTF-2017" beynəlxalq turizim sərgisi və "Astana EXPO-2017" beynəlxalq sərgidə iştirakı məsələləri müzakirə olunub.Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb. İkitərəfli komissiyanın növbəti, 14-cü iclası 2017-ci ilin payızında  Bakıda keçiriləcəyi nəzərdə tutulub.

növbəti xəbər əvvəlki xəbər

.