2016-09-20
Ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyində hazırlıq işləri başa çatıb

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyində hazırlıq işləri başa çatıb.

Səfir Rəşad Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq, diplomatik missiyanın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda daimi yaşayan və ya müvəqqəti olan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması məqsədilə səfirlikdə, səfirliyin Almatı şəhərindəki ofisində, eləcə də Aktau şəhərindəki baş konsulluqda seçki məntəqələri təşkil edilib.

Diplomat qeyd edib ki, səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq keçirilməsinə nəzarət edəcək qərargah yaradılıb. Məqsəd səsvermə hüququndan istifadə edən vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaratmaqdır.

növbəti xəbər əvvəlki xəbər

.