2016-09-15
Gəncə şəhəri MDB-nin yeni mədəniyyət paytaxtı olacaq

MDB-nin yeni mədəniyyət paytaxtı Azərbaycanın Gəncə şəhəri olacaq. Bu barədə RİA Novosti agentliyinə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Bu, MDB Dövlət Başçıları Şurasının cümə günü Bişkekdə keçiriləcək iclasında elan olunacaq.

İcraiyyə Komitəsindən bildiriblər ki, MDB-nin mədəniyyət paytaxtı bir illiyə seçilir. Hazırda MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəridir. Sabah bu titulun Gəncə şəhərinə keçdiyi elan olunacaq. Həmçinin bununla bağlı tədbirlər planı təsdiqlənəcək.

növbəti xəbər əvvəlki xəbər

.