2016-05-31
Qazaxıstanın paytaxtı Astanada "Dinlər terrorizmə qarşı" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova konfransda iştirak edib

Bu gün Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın Senatının rəhbərliyinin təşkilatçılığı ilə keçirilən "Dinlər terrorizmə qarşı" mövzusunda beynəlxalq konfransda iştirak edib. Astana şəhərində keçirilən toplantıda vitse-spiker mövzu ilə əlaqədar çıxış edərək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açıb.

növbəti xəbər əvvəlki xəbər

.