2016-05-25
Astanada IX İqtisadi Forum (AİF) bu gün öz işinə başlayıb.

AZƏRTAC-ın media tərəfdaşı olan bu forumda dünyada tanınan ən iri maliyyə qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, ekspert birliyinin nümayəndələri toplaşıblar. Əsas mövzu "Yeni iqtisadi reallıqdır: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı" olan АİF-a dünyanın 80 ölkəsindən 5000-dək nümayəndə toplaşıb. Bu il Forum çərçivəsində "Böyük İpək Yolu ölkələri" forumu keçirilir və Avropa və Asiyanın infrastruktur imkanları, dünya iqtisadiyyatı: innovasiyalar və texnologiya, yaşıl iqtisadiyyat: sosial innovasiyalar, iqtisadi artım və ekologiya mövzusu müzakirə olunacaq. "Bakı beynəlxalq dəniz ticarət limanı"-nın baş direktoru Taleh Ziyadov "Böyük İpək yolu ölkələrinin forumu: enerji, resurslar və davamlı inkişaf" mövzusunda keçiriləcək plenar iclasda spiker olacaq.

növbəti xəbər əvvəlki xəbər

.