2016-05-23
Astanada türkdilli dövlətlərin "Böyük Səhra" adlı Forumu keçirilib

Ölklərin Müstəqiliyinin 25 illiyi və Türk yazı günü münasibətilə keçirilən forumda Qazaxıstan Respublikası dövlət katibi Gülşara Abdılxalıkova,  türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən ekspertlər, alimlər iştirak ediblər.

Forumda AMEA vitse prezidenti İsa Həbibbəyli, Azərbaycan İqtisad Universitetinin rektoru, Türk dünyası İqtisadçılar İttifaqının prezidenti Ədalət Muradov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun frofessoru Zaur Həsənov,  Milli məclisin deputatlari Cavanşir Feyziyev, Sevinc Hüseynova ölkəmizi təmsil ediblər. Forumda Türk Akademiyası tərəfindən Türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə bir sıra elm xadimlərinə qızıl Medal təltif edilib. Forum çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Prezident İlham Əliyevin  müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymanov haqqında sərəncamını oxuyub və 80 illik yubileyi münasibətilə təltif etdiyi Fəxri Diplomu təqdim edib.  Forumda  "Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı" Türkdilli Dövlətlərin Müstəqilliyinin 25 illiyinə;  "Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektləri" Bakı türkoloji Konqresin 90 illiyinə; "Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində" 850 illiyinə Xoca Əhməd Yasəvinin vəfatına;  "Böyük Çölün sivilizasiyası: ümumi və xüsusi"  Yusif Balasaqunlunun 1000 illiyinə həsr edilmiş panellərdə müzakirələr aparılıb.  "Böyük Səhra"nın mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olundu. Həmçinin humanitar elmlərin fundamental əsaslarla öyrənilməsi üçün ideyalar və nəticələr ətrafında fikir mübadiləsi aparıldı. Tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya elmlərinə və sahələrinə dair məşhur alimlərin mülahizələri dinlənilib. Forumda Türk Akademiyasının fəaliyyəti dövründə nəşr edilən kitabların sərgisi keçirilib. Forum çərçivəsində bir sıra beynəlxalq elmi müəssisələrlə Türk Akademiyası  arasında Memorandum imzalanıb.

növbəti xəbər əvvəlki xəbər

.